16.06.2023
"İnsan Hüquqları günü ” aylığı çərçivəsində Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzi Kitabxananın Xidmət şöbəsində “Hüquqlarımızın fərqinə varaq” mövzusunda dəyirmi masa təşkil edildi. İlk öncə tədbirdə Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Sonra Xidmət şöbəsinin oxu zalının müdiri Sulaxbin Elçi Aynurənin tarixi günlə bağlı məruzəsi dinlənildi.
Tədbirdə kitabxananın fəal oxucularından ibarət yeniyetmə və gənclər fəal iştirak edərəkm mövzu ilə bağlı öz fikirlərini bildirdilər. Böyük maraq doğuran diskusiyada yeniyetmə və gənclər bugünkü inkişafı ilə bölgədə və dünyada söz sahibinə çevrilən Azərbaycanda insan hüquqları sahəsində strateji əhəmiyyətli sənədlərin təsdiqi, bir sıra uğurlu islahatların aparılması insan hüquqlarının müdafiəsi baxımından mühüm təcrübə formalaşdırmasına imkan yaradılmasından, hüquqlarımızı bilmək üçün, ilk növbədə hüquq və vəzifələrimizi öyrənməli, bunlarla bağlı müəyyən bilgilərə sahib olmalıyıq kimi maraqlı çıxışlar etdilər.
Sonda Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor vəzifəsini icra edən Gülünaz İsgəndərova bu günki gəncliyə öz hüquqlarını qoruya və müdafiə edə bilmə bacarığına malik olmalarını tövsiyyə edərək, belə bir vacib əhəmiyyət kəsb edən tədbirdə məhz yeniyetmə və gənclərin fəal iştirakından məmnunluq duyduğunu bildirdi.